təqvim"Category: Happiness and peace"


Warning: count(): Parameter must be an array or an object that implements Countable in /home1/promised/public_html/wp-content/plugins/assensive-widgets/widgets/ASSENSIVE_WIDGET_POST_GRID.php on line 913
Ləylətul rəğaib – arzular gecəsi, bir növ qədr gecəsidir.
Ləylətul rəğaib – arzular gecəsi, bir növ qədr gecəsidir. Allah-təala bu gecə, bütün mələklərini yer üzünə göndərəcəkdir. Sizcə, mələklər bizim üçün hansı duanı edəcəklər?
Rəcəb ayında ən xeyirli əməl hansı əməldir?!!!!!
Rəcəb ayında ən xeyirli əməl hansı əməldir?!!!!! Ey ondan istəyənlərə əta edən kəs!! Ey bütün şərlərdən ona sığınıb pənah apardığım kəs!! Ey bütün ümidimi ona bağladığım kəs !!
Həyatda sərt yanaşmamız olmasın.
Həyatda sərt yanaşmamız olmasın. Bir çətinliklə qarşılaşdıqda; daşların arasından keçən və nə qədər sürətlə hərəkət etsə, bir o qədər saflaşan çay kimi, çətinliklərdən keçək və icazə verək ki, onlar bizim ruhumuzun eyiblərini təmizləsinlər. Necə zülal ruh əldə edə bilərik? Fikirlərinizi bizə yazın.
Gözəllikləri görmək
Gözəllikləri görmək Allahın nemətlərindən biri gözdür ki, onunla yaranışın gözəlliklərini görək. Çox şeylər görməyə dəymir, məsələn, başqalarının eyiblərini görmək. Bu görməməzliklər həm bizi aram edir, həm də Allahı razı. Sizin fikrinizcə, kiçik bir şeyə görə, kəpənəkləri yaratmış mehriban Allahı narazı etməyə dəyirmi?
Parlaq bir əməl dəftəri
Parlaq bir əməl dəftəri Dünya imtahan evi, cənnət isə əbədiyyət evidir. Allah bizdən dünya ömrü üçün yalnız səy və çalışma istəyir. Məsələn, səy edək ki, yaxşı adam olaq. Amma, çoxlarımız burada nəticə gözləyirik. Əbədi bir həyata görə dünya çətinliklərinə dözməyə dəymirmi?!
Hamı cənnətdən istifadə edə bilərmi?
Hamı cənnətdən istifadə edə bilərmi? Hamı cənnətə daxil olacaq, amma ondan o şəxslər ləzzət alacaq ki, ruhu cənnət və onun nemətlərilə mütənasib olsun. Sanki, bir şəxsin əli var, amma onu hərəkət etdirə bilmir. Sizin fikrinizcə, əgər cənnətdən ən yaxşı istifadəni etmək istəyiriksə, nə etməliyik?
Bizə sevinc gətirən qəmlər.
Bizə sevinc gətirən qəmlər. Bizim qüssələrimizin bəzisi əbəsdir. Nəinki həyatımızın anlarını xoşagəlməz edirlər, hətta, cism və ruhumuza da zərbə vururlar. Amma, elə qəmlər var ki, zahirdə qəmdir, lakin bizi şad və güclü edirlər. Onların sorağına getmək yaxşı deyilmi?! Sizin fikrinizcə bir qəm sevindirici ola bilərmi? Fikrinizi bizə şərhdə yazın!
Qayda ilə yaşayaq!
Qayda ilə yaşayaq! Bəlkə də inana bilmərik ki, idman həyatımızda nə qədər təsirli ola və bizə ruhiyyə verə bilər! Həm cismi ruhiyyə, həm də ruhi ruhiyyə. Lakin biz həmişə tənbəlliklə ondan qaçırıq və daima bugün-sabah edirik. Sağlamlıq böyük bir nemətdir. Əgər onu itirsək, bizim üçün baha başa gələcək. Gündəlik işlərimiz arasında öz sağlamlığımız üçün də balaca bir vaxt ayıraq. Sınamağa dəyər. Belə deyilmi?
Allahı xatırlamadan həyat çətin olur!
Allahı xatırlamadan həyat çətin olur! Bizim dünyadakı ən mühüm işimiz, Allahla səmimi və daimi bir əlaqə qurmaqdır. O Allah ki, həmişə bizimlədir və Öz sözü ilə desək, bizə boynumuzun şah damarından daha yaxındır. Biz Allahla yaşamaqla elə bir sevincə çatırıq ki, bir çox şeyin olmaması bizi narahat edə bilmir! Allahla dərin və aşiqanə bir əlaqəni necə qura bilərik?
Öz həyatının batinini, başqaların həyatının zahiri ilə müqayisə etmə! İndiyə qədər adi həyatı olsa da, qəlbinin halı yaxşı olan və ya sərvət və qüdrəti olsa da, solğun, iztirablı və qəmgin olan şəxs görmüsünüzmü? Bu o deməkdir ki, aramlıq verən şey sərvət və qüdrət deyil, Aramlıq Allahla aşiqcəsinə əlaqə qurmaqdadır! Allahla aşiqlik etməyə başlamağa hazırıqmı?
Yolu bu deyil!
Yolu bu deyil! Hər bir problemin bir həll yolu vardır. Ancaq yolunu bilməliyik. Çətinliklərdən xilas yolu intihar deyil! Çətinliklə qarşılaşan zaman tükənməyimiz, bizim zəifliyimizin göstəricisidir. Həyatın çətinlikləri bizi inkişaf etdirmək üçündür. İndi sizin fikrinizcə, dəyəri varmı ki, xoşbəxtliyə çatmaq üçün çətinliklərlə mübarizə edək?
Həyatımızda qarşımıza çox gözəl hadisələr çıxır …
Həyatımızda qarşımıza çox gözəl hadisələr çıxır ... Həyatımızda qarşımıza çıxmış gözəl hadisələrin çoxu, bir dəyişikliklə baş vermişdir. Proqramlama kimi. Belə ki, bizim intizamlı və xoşbəxt olmağımıza səbəb olur! İndi yaxşı bir dəyişiklik üçün vaxt ayırmağımıza dəyərmi?
Əbədiyyət üçün bir seçim!
Əbədiyyət üçün bir seçim! Əgər sonradan peçman olmayacağın bir qərarı qəbul etmək istəyirsənsə; gərək bəzi qaydalara riayət edəsən ki, o seçimdən sonra şad, fərəhli olmana və ondan həzz almana səbəb olsun. Hər bir qərarla özün üçün iki gələcək seçirsən: Həm dünya və həm də axirəti. Tələsmə və hisslər üzərindən qərar qəbul etmə!
Elə qəmlər var ki, bizi ucaldır və bizi dünyadan ayırır. Bilirsinizmi o qəmlər hansılardır?
Təlimçi ilə Allahın bənzərliyi bilirsənmi nədir?
Təlimçi ilə Allahın bənzərliyi bilirsənmi nədir? Bənzərliyi budur ki, hər ikisi yetişdiricidir. Əgər onlara bənzəmək istəyiriksə; Onların göstərişlərini dinləməliyik. O zaman Allaha bənzəyə bilərik. Allah kimi mehriban və əzəmətli olmaq istəyirsənmi?
Ruhunun əzəmətli olmasını istəyirsənmi?
Ruhunun əzəmətli olmasını istəyirsənmi? Ruhun o zaman əzəmətli olacaq ki, daha heç kəsdən məhəbbət ummayasan və özün başqalarına məhəbbət bəsləyəsən. Sən başqalarına təvəqqesiz bəxşiş edə bilərsən və bu səni Allaha sonsuz dərəcədə yaxınlaşdırır. Mehribanlıqlar Allahına bənzəməkdən daha yaxşı nə ola bilər? Belə deyilmi?!